27 May 2024

31 min müəllim üçün vacib xəbər – İyunun 24-də…

Bu il üçün təhsilverənlərin sertifikatlaşdırılmasının vaxtı açıqlanıb.

Musavat.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirdiyi mətbuat konfransında məlumat verib.

O bildirib ki, sertifikatlaşdırma iyunun 24-də keçiriləcək.

“Bu il sertifikatlaşdırmaya 31 035 müəllim cəlb olunacaq”, – E.Bağırov deyib.