27 Aprel 2024

Aleksey Reznikov müharibənin yaxın zamanda bitəcəyini proqnozlaşdırıb

Ukraynanın müdafiə naziri Aleksey Reznikov Ukrayna Silahlı Qüvvələrinin cəbhədə, hətta kiçik qələbələrindən sonra rusların qaçmağa başlayacağına əmin olduğunu bildirib.

Media1.az xəbər verir ki, müdafiə naziri bu iddiasını “RBK-Ukrayna”ya müsahibəsində səsləndirib.

“Sadəcə, məndə fərqli bir hiss var. Mən əminəm ki, cəbhədə daha bir neçə uğur, qazandığımız zaman rus qoşunları qaçacaq. Buna inanın, çünki biz onların tədarük zəncirlərini, anbarlarını məhv edirik, – deyə Reznikov söyləyib.

Ukrayna rəsmisi rus əsgərlərinin ruhdan tam düşdüyünü də qeyd edib.

Müdafiə naziri ukraynalı döyüşçülərin Rusiya ordusunun tədarük xətlərini kəsməsilə düşmənin öz əsgərlərini qidalandırmağa, tanklara yanacaq doldurmağa heç nəyinin qalmadığını vurğulayıb.

Reznikovun sözlərinə görə, işğalçıların mənəvi gücü yoxdur. Onlar nə uğrunda savaşdıqlarını bilmirlər. Ukraynalılar isə “öz ölkələrinin, ailələrinin və torpaqlarının taleyi uğrunda mübarizə aparırlar”.

“Ukraynalıların “millət, xalq və ölkə kimi yaşamaqdan başqa çarəsi yoxdur”,-deyə nazir bildirib.