25 Aprel 2024

Ukrayna ordusu strateji əhəmiyyətli şəhərə daxil oldu – FOTO

Xarkov vilayətinin strateji əhəmiyyətli Kupyansk şəhəri Rusiya ordusunun işğalından azad edilib. Ukrayna Silahlı Qüvvələri şəhərə nəzarəti bərpa edib.

Bu barədə Xarkov Regional Şurasının rəhbərinin müşaviri Nataliya Popova xəbər verib.

“Kupyansk Ukraynadır. Yaşasın Ukrayna Silahlı Qüvvələri!”, – deyə müşavir bununla bağlı foto da paylaşıb.