26 Aprel 2024

Rəşad Nəbiyev Qusarda vətəndaşları qəbul edəcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 5 iyun 2023-cü il tarixində saat 10:00-da Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Quba, Xaçmaz və Qusar rayonlarının sakinlərini qəbul edəcək.

Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda iyun ayı üzrə vətəndaşları qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula yazılmaq üçün 3 iyun 2023-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.

qusar qebul.jpg (1017 KB)