26 Aprel 2024

QƏLƏBƏYƏ APARAN YOL

QƏLƏBƏYƏ APARAN YOL

44 günlük Vətən müharibəsində qələbənin 2-ci ildönümü yaxınlaşır. Qələbəyə aparan yola nəzər salınarkən aydın olur ki, həmin müharibəyə Azərbaycan uzun müddət hazırlaşmışdır. AXCP-Müsavat hakimiyyətinin yarıtmaz rəhbərliyi, SSR İttifaqının dağılması proseslərinin tərkib hissəsi olan Azərbaycana dağıdıcı qüvvə kimi sırınmış Dağlıq Qarabağ Muxtar Vilayətində, Ermənistanda milliyyətçilik hərəkatının başlanması nəticəsində Ermənistandan Azərbaycanlılar qovulmuş, Ermənistanın xain hücumları ilə Azərbaycanın ərazisinin 20 faizi işğal olunmuş, 1 milyondan çox məcburi köçkün və qaçqın əmələ gəlmişdir. Həmin illərdə Azərbaycanda ciddi hakimiyyət böhranı yaşanmış, ölkə səriştəsiz rəhbərlik nəticəsində idarəolunmaz hala gətirilmişdir. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi, AXCP-Müsavat hakimiyyətinin xahişi ilə Naxçıvan Ali Məclisinin Sədri Heydər Əlirza oğlu Əliyev Bakıya gəlməsindən sonra görülmüş ciddi tədbirlər nəticəsində, başlanılmış vətəndaş müharibəsinin qarşısi alındı. Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında müqavilə hazırlandı.   Əslində, 44 günlük Vətən müharibəsi ilə Zəfərə aparan yol,  Qurtuluş Günündən, 15 iyun 1993-cü ildən başlayır. Heydər Əliyevin rəhbərliyi  ilə Azərbaycanın dövlət idarəetməsinin, iqtisadiyyatının, ordu quruculuğunun, xarici siyasətinin  islahatlar yolu ilə gücləndirilməsi üçün əsaslı işlər görüldü. Yeni neft strategiyası hazırlandı. 1994-cü ilin 20 sentyabrında Əsrin müqaviləsinin bağlanması ilə ölkəmiz mühüm maliyə qaynağı əldə etməklə yanaşı, dünyanın nəhəng dövlətlərinə təsir etmək imkanı qazandırdı. Eyni zamanda, iqtisadiyyatın, sosial siyasətin daha yaxşı təşkili imkanları yaradıldı. 2003-cü ildə Prezident seçilən İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin  siyasətəni uğurla inkişaf etdirərək Azərbaycanı daha güclü etdi, əhalinin həyat səviyyəsinin yüksəlməsi üçün əməli tədbirlər gördü. Xarici siyasətimiz daha fəal həyata keçirildi. İqticadiyyatımız gücləndirildi. Neft strategiyasının uğurlu inkişafı ilə Azərbaycan Avropanın enerji təminatında mühüm rol oynamağa başladı. Ordumuz daha da gücləndirildi. Silahlı qüvvələrimiz dünyanın ən müasir silahları ilə komplektləşdirildi. Ən əsası, görülmüş işlər ölkədə vətənpərvərlik hisslərinin gücləndirilməsinə, əsgər və zabitlərin peşəkarlıqlarının daim artırılmasına, cəmiyyətin bütün qüvvələrinin birləşdirilməsinə nail olundu. 2016-cı ilin aprel döyüşləri 44 günlük müharibənin baş məşqi də sayıla bilər. Onda da ordumuz düşmənə ağır tələfat verdi, xeyli ərazimizdən düşmənin silahlı qüvvələrini çıxardı.     Cəmiyyətin bütövlüyünün təmininin nəticəsindir ki, biz qalib gəldik. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə vətən torpaqlarımızın işğaldan azad edilməsi xalqımızın xoşbəxtliyidir.

Fəridə Musayeva – YAP Ağstafa rayon təşkilatının fəalı