26 Aprel 2024

“Ermənistan-Azərbaycan sərhədində Rusiya sərhədçiləri yerləşdiriləcək” – İrəvan

Zəngəzurun vilayətinin Ermənistan-Azərbaycan istiqamətindəki sərhədi boyunca Rusiya sərhədçiləri yerləşdiriləcək.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. İrəvan bildirir ki, bununla bağlı razılaşma Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyanın rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşündə razılaşma əldə olunub. Bəyanatda məxfi müqavilələrin imzalanması ilə bağlı şayiələr təkzib edilib. Bildirilib ki, təhlükəsizlik məqsədilə Rusiya sərhədçilərinin Zəngəzur istiqamətində yerləşdirilməsi müzakirəsi aparılıb, razılaşma əldə olunub. Qeyd olunub ki, Müdafiə Nazirliyi vəzifəsinə uyğun olaraq demaraksiya ilə bağlı hansısa sənədi imzalaya bilməz.

Qeyd edək ki, Zəngəzur istiqamətində sərhədlərin demaraksiyası ilə əlaqədar Azərbaycan tərəfinin tələbləri Emənistanda təşviş doğurub. Bu səbəbdən Ermənistan Müdafiə Nazirliyi əhalini sakitləşdirmək üçün sərhəddi Rusiya sərhədçilərinin qoruyacağı barədə razılaşmanın əldə olunacağı barədə bəyanat yayıb.

Amma Rusiya sərhədçilərinin Ermənistan sərhədlərini qoruması yeni xəbər deyil. Neçə illərdir ki, bu qondarma ölkə sərhədlərini Rusiyaya həvalə edib.