26 Aprel 2024

“Birinci Kanal”da İvan Urqantı əvəz edəcək aparıcının adı açıqlanıb

Teleaparıcı İvan Urqantın Rusiyanı tərk etməsi ilə bağlı aktiv məlumatların yayılması ilə əlaqədar bəzi “Telegram” kanallarında artıq “Veçerniy Urqant”ın yerinə başqa bir verilişin hazırlandığı bildirilir. Halbuki, əvvəllər “Birinci Kanal”da Urqantın şousunun davam edəcəyi deyilirdi.

İvan Urqantın özü isə sosial şəbəkələrdə tətilə buraxıldığını yazıb:

“Narahat olmayın. Məni tətilə buraxdılar, amma mən tezliklə qayıdacağam”, -deyə aparıcı qeyd edib.

İlkin məlumatlara görə, yeni verilişin aparıcısı roluna tanınmış yumorist və şoumen Qarik Martirosyan dəvət olunub. Verilişin adı açıqlanmayıb. Lakin Martirosyan özü zarafatla bildirib ki, “Vanyanı sevindirmək” üçün proqramı “Kruqlosutoçnıy Martirosyan” adlandıracaq.

Mənbə: mk.ru