Perspektiv əməkdaşlıq istiqaməti
Aprelin 22-də cənab Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına yeni və mühüm töhfə olub. Əvvəlcə iki dövlət başçılarının təkbətək görüşü keçirilib. Görüş zamanı ölkələrimiz arasında iqtisadi-siyasi sahələrdəki əməkdaşlıq əlaqələrinin müzakirəsi ilə yanaşı həm də bu il 50 illik ybileyi qeyd edilən Baykal-Amur Magistralının tikintisi və bu zaman Ulu Öndər Heydər Əliyevin bu nəhəng layihənin ərsəyə gəlməsində mühüm xidmətləri yad olunub.
Ötən əsrin ən irimiqyaslı tikintilərindən biri olan BAM layihəsinin reallaşmasında Ulu Öndər Heydər Əliyevin xüsusi xidmətləri olub: “BAM-ın reallaşmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məxsusi xidmətlərinin olması bu gün hər kəs tərəfindən, o cümlədən bu nəhəng tikintinin bilavasitə iştirakçıları tərəfindən etiraf olunur. Bu tarixi fakt Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə keçirdikləri görüşdə səsləndirilən fikirlərdə də bariz şəkildə öz əksini tapıb. Həmin görüşdə çıxış edən cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan inşaatçıları və mütəxəssisləri BAM üzərində iki dəmir yolu stansiyasını inşa ediblər. Bu dəmityolu magistralının tikintisinə ilk dəfə 1975-ci ildə gəlmiş azərbaycnlılardan ibarət inşaat dəstəsinin iştirakı ilə tikilən və uzunluğu 209 kilometr olan dəmir yolu xəttinin çəkilişi vaxtından 2 ay əvvəl başa çatdırılır. Həmin dövrdə bu işlər Azərbaycana rəhbərlik edən Heydər Əliyevin daimi nəzarəti altında idi. Diqqətəlayiq haldır ki, azərbaycanlılar tərəfindən reallaşdırılan inşaatda məhz Ulu Öndərin tapşırıq və tövsiyələri ilə binaların, xüsusilə dəmiryolu vağzalının bəzədilməsində Azərbaycan ornamentlərindən geniş istifadə olunmuşdur. 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosunun üzvü, SSRİ nazirlər soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilməsindən sonra Heydər Əliyevə ictimai və iqtisadi sahələrdə böhran yaşayan Sovet dövlətinin ən ağır istiqamətləri tapşırılırdı. O cümlədən məhz Heydər Əliyevin ciddi səyləri sayəsində 1984-cü ildə BAM-ın fəaliyyətə başlaması mümkün olmuşdu. O, özü BAM-ın obyektlərində oldu, inşaatçılar, yeni qəsəbə və şəhərlərin sakinləri ilə söhbət etdi. Necə deyərlər, rahatlıqla ona yaxınlaşa, problemlərini danışa, cari məsələləri müzakirə edə bilərdin.” Bütün bunlar bir daha deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyevin təkcə Azərbaycan xalqı deyil, həmçinin bütün SSRİ xalqları qarşısında danılmaz, müstəsna xidmətləri olub.”
Prezident İlham Əliyevin Rusiyaya bu səfərinin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına və dərinləşməsinə böyük töhfə verəcəyini də xüsusi vurğulayıb: “Dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi, artıq iki ildən çoxdur ki, Azərbaycan və Rusiya öz əlaqələrini 2022-ci ilin fevralında Kremldə imzalanmış əsas siyasi sənəd olan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində tənzimləyirlər. Həqiqətən bu mühüm sənəd ölkələrimiz arasında münasibətlərin gələcək ardıcıl inkişafını da müəyyən edir. Bu baxımdan təbii ki, Azərbaycan və Rusiya Prezidentlərinin qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına yönəlmiş səyləri mühüm əhəmiyyət kəsb edir.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı