22 May 2025

Aİ Krımı heç vaxt Rusiyanın ərazisi kimi tanımayacaq – Kalasdan sərt reaksiya!

Avropa İttifaqı Krımın Rusiyaya məxsusluğunu tanımaq fikrində deyil.

Musavat.com xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi  Kaya Kalas ABŞ-ın sülh planı çərçivəsində Krımın Rusiya ərazisi kimi tanınması ilə bağlı yayılan xəbərlərə kəskin reaksiya verib.

O bəyan edib ki, Avropa İttifaqı Krımın işğalını heç vaxt qanuni saymayacaq və bu məsələdə mövqeyi dəyişməz qalacaq: “Krım Ukraynanındır və bu, beynəlxalq hüquqla təsdiqlənmiş faktdır.”

Bu açıqlama, ABŞ-ın yeni sülh planında Krımın Rusiyaya məxsusluğunun qəbul edilməsi kimi bir şərtin yer aldığı barədə yayılan məlumatlardan sonra səsləndirilib.

Kalasın bəyanatı Avropanın prinsipial mövqeyinin davam etdiyini göstərir.