İki ölkə arasında bərpaolunan enerji istehsalı istiqamətində əməkdaşlıq genişləndirilir

Prezident İlham Əliyevin 2025-ci il aprelin 25-də Çinin CGTN telekanalına verdiyi müsahibə Azərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini vurğulayan mühüm bir hadisədir. Müsahibədə Prezident Əliyev iki ölkə arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin daha da möhkəmləndiyini qeyd edib. O, iyul ayında Sədr Si ilə keçirilən görüşün əməkdaşlıq tarixində mühüm bir mərhələ olduğunu və bu görüşün münasibətləri daha yüksək səviyyəyə qaldırdığını bildirib.
Prezident Əliyev müsahibəsində Çinlə əməkdaşlığın müxtəlif sahələrdə genişləndiyini vurğulayıb. Xüsusilə, bərpa olunan enerji sahəsində birgə layihələrin həyata keçirilməsi və Azərbaycanın 2030-cu ilə qədər 6500 meqavat yaşıl enerji istehsalı planı çərçivəsində Çin şirkətləri ilə əməkdaşlıq diqqətəlayiqdir. Bundan əlavə, vizasız gediş-gəliş haqqında sazişin imzalanması turizm, mədəniyyət və təhsil sahələrində əlaqələrin genişlənməsinə imkan yaradacaq.
Prezident Əliyev həmçinin Azərbaycanın “Vahid Çin” siyasətinə dəstəyini bir daha təsdiqləyib və Çinin modernləşmə modelinin Azərbaycan üçün ilham mənbəyi olduğunu qeyd edib. Təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və Çin-Azərbaycan Universitetinin yaradılması imkanları da müzakirə olunub. Bu müsahibə, Azərbaycan-Çin münasibətlərinin gələcəkdə daha da inkişaf edəcəyinə dair güclü bir zəmanət verir.
Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı