Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin müasir mərhələsi

Azərbaycan və İran arasında münasibətlər çox əsrlik tarixə malikdir və bu münasibətlər zaman-zaman müxtəlif mərhələlərdən keçmişdir. Lakin müasir dövrdə, iki ölkənin əməkdaşlığı xüsusilə Cənubi Qafqaz və Yaxın Şərqdəki strateji mövqelərini nəzərə alaraq daha da əhəmiyyət kəsb edir. Bu əlaqələr yalnız iki qonşu dövlətin deyil, həm də regionda sabitlik, inkişaf və qarşılıqlı fayda əldə etmək istəyən tərəflər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın 2025-ci ilin aprelində Azərbaycana rəsmi səfəri zamanı verdiyi bəyanat, bu əməkdaşlığın gələcək inkişaf istiqamətlərini açıq şəkildə göstərmişdir.
Prezident İlham Əliyev bu səfərin önəmini vurğularken demişdir: “Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi ənənəvi olaraq dəstəkləyirik.” Bu bəyanat, Azərbaycan və İran arasındakı əməkdaşlığın ən yüksək səviyyəyə yüksəlməsinin və bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinin təsdiqidir. Bu məqalədə Azərbaycan–İran münasibətlərinin əsas istiqamətləri və bu əlaqələrin gələcəkdə necə inkişaf edə biləcəyi araşdırılacaqdır. Azərbaycan və İran arasındakı əlaqələrin tarixi çox uzun və zəngin bir müstəvidə inkişaf etmişdir. Hər iki ölkə bir-birinə mədəni, etnik, dini və iqtisadi baxımdan yaxındır. Tarixən, xüsusən XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının İran İmperiyasından ayrılmasından sonra, bu iki dövlət arasındakı münasibətlər zaman-zaman diplomatik, ticarət və mədəni əlaqələrlə zənginləşmişdir.
XX əsrin ikinci yarısında, xüsusilə 1991-ci ildən sonra, Azərbaycanın müstəqillik qazandığı dövrdə İranla münasibətlər yeni bir mərhələyə keçmişdir. Hər iki ölkə, xüsusən də geosiyasi mövqeləri və qarşılıqlı iqtisadi maraqları nəzərə alaraq bir-birinin iqtisadi, enerji və təhlükəsizlik sahələrində strateji tərəfdaşlar kimi çıxış etməyə başlamışdır. Həmçinin, müstəqilliyin ilk illərində hər iki dövlət qarşısında duran eyni sosial, iqtisadi və siyasi problemlər onların qarşılıqlı yardımlaşmasına və dostluq münasibətlərinin inkişafına təkan vermişdir. Azərbaycan–İran münasibətlərində ən mühüm elementlərdən biri dövlət başçılarının qarşılıqlı səfərləri və yüksək səviyyəli dialoqun davamlılığıdır. Prezident İlham Əliyev və İran İslam Respublikasının müxtəlif rəhbərləri arasında keçirilən görüşlər, iki ölkənin xarici siyasətinin mühüm tərkib hissəsidir. Bu səfərlər və görüşlər iki ölkə arasında həm ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, həm də regional təhlükəsizlik məsələlərində əməkdaşlığın inkişafı üçün mühüm platforma yaradır. İranın yeni Prezidenti Məsud Pezeşkianın Azərbaycana etdiyi səfər də bu əlaqələrin inkişafında böyük rol oynayacaq.
Prezident Əliyevin vurğuladığı kimi, bu səfər Azərbaycan və İran arasındakı əlaqələri daha da gücləndirəcək və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Prezidentlərin qarşılıqlı səfərləri, təkcə iqtisadi əməkdaşlıq sahəsində deyil, həm də regional və beynəlxalq məsələlərdə birgə mövqelərin formalaşmasında mühüm rol oynayır. Azərbaycan və İran arasında qarşılıqlı hökumət səviyyəsində əməkdaşlıq çoxşaxəlidir. Hər iki ölkə arasında iqtisadi, enerji, ticarət, nəqliyyat, səhiyyə və mədəniyyət sahələrində bir sıra strateji anlaşmalar imzalanmışdır. Bu sənədlər yalnız dövlət başçıları səviyyəsində deyil, həmçinin hökumət başçıları və nazirlərlə aparılan danışıqlar nəticəsində əldə edilmişdir. Hökumətlərin bir-birinə dəstək verdiyi bu sahələr, ölkələrin milli maraqlarını qorumaq və qarşılıqlı inkişafı təmin etmək məqsədini güdür. Məsələn, nəqliyyat və enerji sahələrində Azərbaycan və İran bir-birinin strateji tərəfdaşlarıdır. Hər iki ölkə arasında keçirilən müzakirələr, xüsusən enerji sahəsində, yeni layihələrin inkişafına təkan verməkdədir. Xüsusilə, Xəzər dənizindəki enerji ehtiyatlarının işlənməsi, ticarət marşrutlarının genişləndirilməsi və iki ölkə arasında quru və dəmir yolu nəqliyyatının inkişafı mühüm məsələlərdəndir. Azərbaycan ilə İran arasındakı münasibətlər yalnız dövlət və hökumət səviyyəsində deyil, eyni zamanda parlamentlərarası əlaqələr çərçivəsində də möhkəmlənmişdir. Parlamentlər arasında mütəmadi olaraq keçirilən görüşlər, qarşılıqlı qanunvericilik təcrübəsi və təcrübə mübadiləsi iki ölkə arasında daha dərindən anlaşma yaradıb.
İran və Azərbaycan parlamentlərinin üzvləri arasında qarşılıqlı səfərlər, xüsusilə regional məsələlər üzrə müzakirələr və birgə layihələrin inkişafı sahəsində əhəmiyyətli işlər görülmüşdür. Azərbaycan və İran arasında imzalanan müqavilələr və hüquqi razılaşmalar bu iki dövlət arasında münasibətləri tənzimləyən əsas sənədlərdir. Ticarət, enerji, ekoloji və digər sahələrdə bir çox müqavilələr imzalanmışdır ki, bu da qarşılıqlı etimadın və əməkdaşlığın əsasını qoyur. Həmçinin, beynəlxalq hüquq prinsiplərinə sadiq qalaraq, hər iki ölkə öz maraqlarını qorumaqla yanaşı, regional və beynəlxalq məsələlərdə də birgə hərəkət etməyə davam edir. Azərbaycan və İran, eyni zamanda bir çox beynəlxalq təşkilatlarda da qarşılıqlı dəstək göstərirlər. Birgə iştirak etdikləri təşkilatlar arasında BMT, ECO, D-8 və digər beynəlxalq qurumlar önəmli yer tutur. Bu təşkilatlarda ölkələr, bir-birinin maraqlarını qorumaqla yanaşı, regional təhlükəsizlik məsələləri, ticarət və iqtisadi inkişaf sahələrində də əməkdaşlıq edirlər. Azərbaycan və İran arasında münasibətlərin gələcək inkişafı, xüsusilə enerji, ticarət, təhlükəsizlik və regional inkişaf sahələrindəki birgə layihələrlə bağlı geniş perspektivlər açır. Həmçinin, bu münasibətlər həm də regional sabitlik və təhlükəsizliyin təminatında mühüm rol oynayır. Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi bərpa və inkişaf işləri, İranın bu prosesə dəstək verməsi, iki ölkənin yaxın gələcəkdə daha da möhkəm strateji tərəfdaşlığa çevriləcəyini göstərir. Azərbaycan və İran arasındakı əlaqələr əsrlər boyu inkişaf etmiş və müxtəlif tarixi mərhələlərdən keçmişdir. Bu gün, iki ölkə arasında münasibətlər yalnız keçmişin deyil, həm də gələcəyin də təhlükəsizliyi və inkişafı üçün əhəmiyyətlidir. Dövlət başçılarının qarşılıqlı səfərləri, parlamentlərarası əlaqələr və müqavilə-hüquq bazası bu münasibətlərin inkişafında mühüm rol oynayır. Gələcəkdə bu əlaqələr daha da genişlənəcək və hər iki ölkə üçün qarşılıqlı faydalı olacaq.
Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı