Azərbaycan-İran əlaqələri uğurla inkişaf etdirilir

Azərbaycan bütün qonşuları ilə qarşılıqlı, faydalı əməkdaşlığa üstünlük verir, dünyəvilik prinsiplərinə söykənən siyasi idarəçilik sistemində fərqli quruluşa, rejimə malik olan İranla da əməkdaşlığı diqqət mərkəzində saxlayır. Azərbaycan-İran münasibətləri çoxşaxəli olmaqla, tarixi, siyasi, mədəni və iqtisadi baxımdan olduqca mürəkkəb proseslərdən keçib. Bu münasibətlərin formalaşması və inkişafında həm regional, həm də qlobal faktorlar mühüm rol oynayıb.
Ölkələrimiz və xalqlarımız arasında tarix boyu mövcud olmuş səmimi dostluq əlaqələri bu gün ən yüksək səviyyədə olan müasir dövlətlərarası münasibətlərin yaranması üçün möhkəm zəmin rolunu oynayıb. Azərbaycan ilə İran arasında olan sərhəd də məhz dostluq sərhədidir. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın 2025-ci il aprelin 28-də Azərbaycana səfəri ölkəmizin, eləcə də regionun maraqları baxımından müsbət strateji əməkdaşlıq üfüqləri vəd edir. Azərbaycanın regionda belə aktiv bir mövqe sərgiləməsi, ümumən regionun rifahı üçün əhəmiyyətlidir.
Bu səfərinin tarixi əhəmiyyətini və siyasi perspektivini Azərbaycan prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında ifadə etdi. Prezident dedi ki, “Çalışacağıq ki, gələcək üçün geniş, əhatəli və daha yaxşı strateji planımız olsun. Bütün sahələrdə – sənaye, elm, mədəniyyət, iqtisadiyyat, siyasət, təhlükəsizlik üzrə planlarımız olsun. Biz birlikdə bölgədə sülh, təhlükəsizlik və əmin-amanlığı təmin edəcəyik və öz çətinliklərimizi həll edəcəyik”. Nəzərə alsaq ki, İran prezidenti azərbaycanlıdır, Şəhriyar şeirinin aşiqidir. Onun Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes forumunda “Heydərbabaya salam” poemasından səsləndirdiyi misraların mənəvi sferada hansı atmosferi yaratdığını şərh etməyə ehtiyac qalmır. Əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər Azərbaycan-İran əlaqələrinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyindən xəbər verir.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı