Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 aprel 2025-ci ildə Çinin Sinxua agentliyinə müsahibə verdi.
Ölkə başçısı xarici siyasət prioritetlərinə toxunarkən Azərbaycan və Çin siyasətləri arasında və istənilən digər istiqamətdə bir çox oxşarlıqların olduğunu bildirib. Qeyd edib ki, qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, bizim strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir.
Dövlətlərin qarşılıqlı diplomatik, siyasi, iqtisadi əməkdaşlığını, eləcə də dost ölkələr münasibətində olduğumuzu Prezident İlham Əliyev Çin Xalq Respublikasının Prezidenti Si Cinpinlə görüşləri, ÇXR-in Sədri Si Cinpinin dəvəti ilə 2014 və 2015-ci illərdə Çinə işgüzar səfərdə olması, 2019-cu ildə isə Pekində keçirilən İkinci “Kəmər və yol” beynəlxalq əməkdaşlıq forumunda iştirak etməsi, 3 iyun 2023-cü il tarixində Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” sinin qəbul olunması sübuta yetirdi. Görüşlərdə dövlət başçıları tərəfindən iki dost ölkə arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiklərini və ikitərəfli münasibətlərin dərinləşməsini ölkələrin xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirdilər.
Bu gün əminliklə demək olar ki, Azərbaycan və Çin arasında münasibətlər çox müsbət dinamikaya malikdir. 2024-cü ildə hökumət və parlamentin yüksəkvəzifəli üzvləri, nazirliklərin və idarələrin, Baş Prokurorluğun rəhbərləri, həmçinin Prezident Administrasiyasının və Yeni Azərbaycan Partiyasının mərkəzi aparatının rəsmi nümayəndələri Çində səfərdə olublar.
Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı