ŞƏHİD ELŞAD HƏSƏNOVUN DOĞUM GÜNÜNDƏ XATİRƏSİ ANILIB

28 aprel 2025-ci il tarixdə ağstafalı şəhid Həsənov Elşad Qabil oğlunun doğum günü münasibətilə Ağstafa şəhər Şəhidlər Xiyabanında məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının məsul şəxsləri, şəhidimizin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
