Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb

2025-ci il aprelin 2-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilən görüş region üçün mühüm əhəmiyyət daşıyır. Səfər zamanı hər iki liderin mətbuata verdiyi birgə bəyanatlar iki ölkə arasında mövcud olan siyasi, iqtisadi və mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir.
Prezidentlər, regional sabitlik, energetika, ticarət və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində irəliləyişləri vurğulayaraq, gələcəkdə qarşılıqlı maraqlara əsaslanan layihələrin həyata keçirilməsində qərarlı olduqlarını bildiriblər. Xüsusilə, Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi məsələsində Azərbaycan və İranın ortaq maraqları ön plana çəkilib.
Bu görüş, həmçinin xalqlar arasında dostluq münasibətlərinin inkişaf etdirilməsində mühüm rol oynayır və regionda əməkdaşlıq ruhunun güclənməsinə şərait yaradır.
Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı