22 May 2025

Bərdədə rəqəmsal texnologiya və əməyin mühafizəsi mövzusunda tədbir təşkil edilib

Bərdə Peşə Təhsil Mərkəzində rəqəmsal texnologiya və əməyin mühafizəsi mövzusunda təşkil edilən tədbirdə süni intellektə söykənən texnoloji proseslər haqqında məlumat verilib.

Bərdə rayon Mədəniyyət mərkəzinin əməkdaşı, aparıcı Aynur Qarayeva tədbirin məqsədi barədə danışaraq müasir dünyada gedən texnoloji proseslərin cəmiyyətə təsirini vurğulayıb.

Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbələri süni intellektin mahiyyətinə dair çıxışlar ediblər.Qeyd edilib ki, qısa zamanda tibb və təhsil sahəsində süni intellektdən istifadənin tətbiqi genişlənəcək.

Peşə Təhsili Mərkəzinin tələbəsi Fərid Sadaylının robottexnika ilə müşahidə olunan izahlı çıxışı maraqla qarşılanıb.

Bərdə rayon Mədəniyyət Mərkəzinin filialı Zümürxan kənd Mədəniyyət Evinin metodisti Musa Muradlı çıxış edərək Peşə Təhsili Mərkəzi müəllim vələbələrinin süni intellektə söykənən texnoloji biliklərin təqdimatını uğur kimi dəyərləndirib. Gənc nəslin süni intellektə olan marağının kulturoloji aspektlərindən danışıb.

Sonda Mədəniyyət İşçilərinin Həmkarlar Komitəsinin Bərdə rayon təşkilatının sədri Ruhanə Əliyeva çıxış edərək rəqəmsal texnologiya və əməyin mühafizəsindən danışıb. Qeyd edib ki, istənilən texnoloji inkişaf əmək bazarında insanların sosial mənafelərinin müdafiəsinə mane olmamalı, əksinə rifah halının yaxşılaşdırılmasına xidmət etməlidir.

Musa Muradlı- Media1.az