13 İyun 2025

Azərbaycan ilə Vyetnam arasında münasibətlər uğurla inkişaf etməkdədir

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bəyanatında bu səfərin Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıdığını , Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın xüsusi əhəmiyyət daşıdığını qeyd etmişdir. O bu sənədin Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldırdığını, gələcək ikitərəfli əməkdaşlıq üçün də vacib rol oynayadığını bildirmişdir. İmzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var. Aparılan danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq.

Energetika sahəsində imzalanmış sənədlər və apardığımız müzakirələr deməyə əsas verir ki, biz yaxın gələcəkdə bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik. Həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olundu və göstəriş verildi ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar.

Əfsuslar olsun ki, iqtisadi-ticari istiqamət üzrə ticarət dövriyyəsinin dinamikası Azərbaycanın Vyetnama neft satışından asılıdır. Neft satışı yüksək səviyyədə olanda ticarət dövriyyəsi artır, azalanda azalır. Əlbəttə, biz ticarət dövriyyəmizi daha da balanslaşdırılmış formada görmək istərdik və bunun üçün, təbii ki, qarşılıqlı informasiya mübadiləsi lazımdır. Hansı layihələr ölkələrimizdə həyata keçirilir, investisiya imkanları nədən ibarətdir, qaydalar, qanunvericilik bazası, vergi inzibatçılığı – bütün bu məsələlər biznes dairələri üçün gərək aydın olsun. Belə olan halda əminəm ki, ticarət dövriyyəsi təkcə neft amilindən asılı olmayacaq.

Prezident Azərbaycanın bu sahədə çox böyük imkanları, potensialı olduğunu bildirmiş, Vyetnam şirkətlərini investisiya qoymağa dəvət etmiş, eyni zamanda, Azərbaycan tərəfinin Veytnamda bərpaolunan enerji növlərinə sərmayə qoymağa hazır olduğunu bildirişdir.

Prezident Vyetnamın bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəklədiyini, eyni zamanda, Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstərdiyimizi , eyni zamanda, beynəlxalq hüququn aliliyi haqqında fikir mübadiləsi aparıldığını və burada da heç bir fikir ayrılığının olmadığını qeyd etmişlər. Yəni bu gün bir çox istiqamətlər üzrə apardığımız müzakirələr əsnasında görürük ki, fikir ayrılığı yoxdur. Əksinə, biz demək olar ki, vahid mövqedən çıxış edirik. Baxışlarımızda da bir çox oxşarlıq var. Baxmayaraq ki, aramızdakı məsafə kifayət qədər uzundur, bizi birləşdirən nəqliyyat infrastruktur layihələri haqqında da bu gün danışdıq. Biz həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti stimullaşdıra bilərik. Bir sözlə, əminəm ki, səfərin çox gözəl nəticələri olacaq. Bizim hörmətli qonağımız ilk dəfədir ki, Azərbaycanda səfərdədir. Səfər vaxt baxımından qısa olsa da, məzmun nöqteyi-nəzərindən kifayət qədər zəngindir. Bu gün bizim işimiz davam etdiriləcək. Sabah da hörmətli Baş katibin səfəri davam edəcək. Əminəm ki, öz vətəninə Azərbaycandan ən xoş təəssüratlarla qayıdacaq.

Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı