Azərbaycan Respublikası və İran İslam Respublikası arasında ikitərəfli münasibətlər

İran İslam Respublikası Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 12 mart 1992-ci ildə qurulmuşdur. Hər iki ölkənin səfirlikləri (1969-cu ildə İranın Bakı şəhərində açılmış konsulluğu) 1992-ci ilin mart ayından İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir, 1992-ci ilin dekabr ayından isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlamışdır.
İran Azərbaycan münasibətləri çoxşaxəli xarakter daşıyır. Bu münasibətlər tarixi, siyasi, iqtisadi və mədəni aspektlərdən ibarətdir. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq qurulmuşdur. Azərbaycan və İran arasında tarixi və mədəni bağlar mövcuddur. İki ölkənin nazirlərinin və prezidentlərinin qarşılıqlı səfərləri olmuşdur.
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Bakıda Azərbaycan və İran prezidentləri arasında məhdud və geniş tərkibli görüş keçirilib. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Cənab Prezident İlham Əliyev demişdir:” Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfərin tarixi əhəmiyyəti olacaq. Biz bu gün Sizinlə məhdud tərkibdəki görüşdə bir çox məsələləri müzakirə etdik və görürük ki, əməkdaşlığın dərinləşməsi üçün çox gözəl imkanlar var. Həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə əməkdaşlığın dərinləşməsi iki qardaş xalqın marağındadır”.
Prezidentlər Birgə Bəyanat imzalayıblar. Bundan sonra onların iştirakı ilə iki ölkə arasında bir sıra sahələrə dair sənədlərin imzalanması mərasimi olub. Məsud Pezeşkian ölkələr arasında əməkdaşlıq imkanlarının mövcudluğundan bəhs edərkən demişdir: “Azərbaycanla, əziz, dost, qardaş və demək olar ki, həm də qohum Azərbaycan xalqı ilə əlaqələrimiz daha geniş addımlarla irəliləyişin başlanğıcına çevriləcək, bölgədə münasib əməkdaşlıq nümunəsinin formalaşmasına səbəb olacaq”.Həmçinin Məsud Pezeşkian çıxışında qeyd etmişdir: “Bu tay, o tay bir-birimizlə qohumuq. Gediş-gəlişlər töhfə verir. Ona görə də bir-birimizin gediş-gəlişimiz üçün yolları açmalıyıq. Bir-birimizə kömək edə, hər iki ölkənin xalqına sakit, yaxşı həyat yarada bilərik”.
Prezident Pezeşkianın ustad Məhəmmədhüseyn Şəhriyardan “Heydərbabaya salam” şeirini söyləməsi təkcə mədəni rəmz deyildi. Bu, Bakıya verilən aydın mesaj idi: “Biz sizi özümüzə yaxın, doğma və etibarlı tərəfdaş görürük”.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı