22 May 2025

Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir

Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir

1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.

Azərbaycanın Avropa ilə Asiya arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsində oynadığı önəmli rol qlobal Şərqin diqqətini getdikcə daha çox ölkəmizə cəlb edir. Biz bu gün Cənub-Şərqi Asiya ölkələrinin Azərbaycanla əməkdaşlıq əlaqələrini dərinləşdirməkdə son dərəcə maraqlı olduqlarını müşahidə edirik. Bu baxımdan may ayının 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycan Respublikasına dövlət səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafına yeni təkan verəcəyini deyə bilərik.

Cənab Prezident İlham Əliyevin müsahibəsində Azərbaycan-Vyetnam münasibətlərinin inkişaf perspektivləri ilə bağlı səsləndirdiyi fikirlər hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir: “Möhtərəm dövlət başçımızın dediyi kimi, Azərbaycan ilə Vyetnam bir çox sahələrdə əməkdaşlıq potensialını daha dinamik şəkildə inkişaf etdirmək üçün bütün imkanlara malikdirlər.”

Cənab Prezident xüsusi olaraq vurğuladı ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq. Bunun üçün iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur.

Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri də təhsil sahəsidir. Təhsil platforması Azərbaycan ilə Vyetnam arasında əməkdaşlığın hələ sovetlər dönəmindən mövcud olduğu ənənəvi sahələrdən biridir. Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün Azərbaycanın təklif etdiyi qrantlar və təqaüdlər çərçivəsində təhsil proqramları vyetnamlı tələbələrə də geniş perspektivlər vəd edir. Bu isə öz növbəsində Azərbaycanla Vyetnam arasında ikitərəfli təmasların möhkəmləndirilməsi üzrə imkanları daha da genişləndirəcək.

Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı