Bərdə kollecində Ümummilli lider Heydər Əliyevə həsr edilmiş tədbir keçirilib

07 may 2025 – ci ildə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və memarıdır” adlı tədbir keçirilib.
Tədbirdə kollecin müəllim və tələbə kollektivi, bir sıra ictimaiyyət nümayəndələri iştirak edib.
Ümummilli liderin anadan olmasının 102 -ci ildönümünə həsr edilmiş ədəbi – bədii, publisistik görüşdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin , eləcədə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiram duruşu ilə yad edilib.
Maraqlı çıxışlar, xoş xatirələrə üzərində qurulan nitqlər, bədii kompozisiya ilə müşahidə olunan görüş yaddaqalan təəssüratlarla bəxş edib.
Musa Muradlı






