22 Dekabr 2024

Separatçıların ərazilərimizdə apardıqları ekoloji terrora xalq olaraq imkan verməməliyik

Ermənistanın ekoloji terror siyasəti nəticəsində Azərbaycan ərazisindən keçən Araz çayına axan Oxçuçayda suyun tərkibindəki ağır metalların miqdarının dəfələrlə normadan artıqdır.İşğal dövründə haqq səsimizi dünya birliyinə çatdırmaq üçün dövlətimiz tərəfindən dəfələrlə,saysız-hesabsız müraciətlər olunmuşdur.Lakin əlimizin çatmadığı,ünümüzün yetmədiyi əzəli torpaqlarımızda vandal düşmənlərimiz dayanmadan mənfur siyasətlərini həyata keçirməkdə davam edirdilər.

Ermənilər otuz il ərzində təbiətin bütün amillərinə eyni qaydada dağıdıcı təsir göstərmişlər.Qarabağdan başlanğıcını götürərək düzən ərazilərimizin suvarılmasıına cəlb etdiyimiz çayların suyunun kəsilməsi,suya ehtiyacın olmadığı dövrlərdə suyun həddən artıq buraxılması nəticəsində daşqınların baş verməsinə səbəb olurdu.Həmçinin çaylarımızın çirkləndirilməsi nəticəsində faunanın məhv olmasına səbəb olmuşdur.

Qızılbulaq qızıl və Dəmirli mis-molibden,Vejnəli qızıl yataqlarının qanunsuz istismarı,Topxana meşəsinin,Bəsitçay dövlət qoruğunda üç min ildən artıq yaşı olan çinar ağaclarının qırılıb məhv edilməsi erməni xislətinin bariz nümunəsidir.

Separatçıların ərazilərimizdə apardıqları ekoloji terrorun qarşısının alınması, həmin ərazilərdə ekoloqlarımızın monitorinq aparılmasına mane olan qüvvələrin özübaşına hərəktlərinə etiraz olaraq QHT təşkilatlarının 12 dekabr 2022-ci il tarixindən başlayan etiraz aksiyasına xalq olaraq hər birimiz dəstək oluruq. Bu vətən bizlərə əmanətdir. 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq imzalanmış üçtərəfli bəyannamənin müddəalarına hər bir vəchlə əməl edən Azərbaycan dövləti bu işdə qonşularımızın da əməl etməsi üçün beynəlxalq arenada hərtərəfli siyasətini davam etdirir.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı