02 İyun 2025

Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə görüşüb

“Müzakirələrimizi İran İslam Respublikası xarici işlər nazirinin ikitərəfli və regional məsələlər üzrə müavini Dr. Seyid Səccadpurla davam etdirmək çox xoş idi”.

Musavat.com xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu barədə şəxsi “Twitter” səhifəsində yazıb.

“Ölkələrimiz arasında yaxşı qonşuluq əlaqələrini bir daha təsdiqlədik, həmçinin akademik və tədqiqat sahədə əməkdaşlığın əhəmiyyətini vurğuladıq”, – deyə H.Hacıyev qeyd edib.