22 Dekabr 2024

Ekologiya İdarəsi Bərdədə dəyirmi masa təşkil edib

9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi ” Yaşıl dünya naminə həmrəylik ili ” çərçivəsində Bərdədə dəyirmi masa təşkil edib.

Media1.az-ın xəbərinə görə , dəyirmi masada “Ekoloji İnformasiya” İB-nin üzvləri iştirak ediblər.

9 saylı RETSİ-nin sektor müdiri dəyirmi masanı açaraq ” Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində mütəmadi olaraq keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, yaşadığımız il olduqca əhəmiyyətli bir dövrə təsadüf edir. Cari ilin noyabrında COP 29 kimi beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi hər bir kəs də məsuliyyət hissini daha da artırmalıdır.

Ekoloji İnformasiya İB -nin sədr müavini Xosrov Musayev çıxış edərək vurğulayıb ki, möhtərəm prezidentimizin hər bir sahədə olduğu kimi ekoloji siyasəti də daim uğurlu olub. Bunun nəticəsidir ki, Beynəlxalq aləm ölkəmizə daim rəğbətlə yanaşır. COP 29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi bir daha bunu təsdiq edir.

Digər iştirakçılar – Rasim Zeynalov, Musa Muradlı, Faxrəddin Məmmədov, Mirələm Əhmədov, Bəxtiyar Nəsirovda mövzu ilə bağlı fəal müzakirəyə qoşulublar. Ekoloji məsələlərə cəmiyyətdə fəal münasibətin formalaşdırılmasının təbliğ olunmasını vacib hesab ediblər.

Musa Muradlı- Media1.az