Banqladeşdə gəmi qəzasında ölənlərin sayı 22 nəfərə çatıb, onlarla insan itkin düşüb

Banqladeşin şərqindəki Brahmanbaria bələdiyyəsində 100-dən çox sərnişini daşıyan gəminin qəzaya uğraması nəticəsində həlak olanların sayı artıb.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, gəminin trauler (balıq ovu üçün nəzərdə tutulan gəmi – red) ilə toqquşması nəticəsində azı 22 nəfər boğulub.
Yerli hakimiyyət orqanlarının rəsmiləri ölənlərin sayının arta biləsəyini vurğulayıblar. Qeyd edilir ki, qəza zamanı 50-dən çox insan itkin düşüb.
Hadisə yerində xilasetmə əməliyyatı davam edir.
Qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.