23 Dekabr 2024

Arzusunda olduğu şəhidlik zirvəsinə yüksələn Vüsal İsgəndərovun ad günüdür

Sentyabrın 10-da Bərdənin Nifçi kəndində şəhid Vüsal İsgəndərovun ad günü qeyd olunub.

Öncə kənd qəbristanlığında uyuyan şəhidin məzarı ziyarət olunub. Bərdə rayon İcra Hakimiyyət Başçısının müavini Fəqət xanım Şadlinskaya, İH-nin vətən müharibəsi və şəhid ailələri ilə iş şöbəsinin müdiri Samir Səfərov,  yerli kənd hakimiyyət orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri şəhid Vüsal İsgəndərovun məzarına baş çəkiblər.

İsgəndərovların evində də qələbəlik hökm sürür. Şəhid Vüsal İsgəndərovun ad günü layiq olduğu qədər hörmətlə qeyd edilir. Ovqat nisgil, kədərə yox,məğrurluğa, əzmkarlığa köklənib. Şəhid anaları da bu günə gələrək, Vüsal İsgəndərovun ailəsinə dayaq olmağın nümunəsini göstərirlər. Anaların danışığı, ürək sözlərinə heyran olmamaq mümkün deyil. Onlar övladlarının şəhidlik zirvəsinə ucalmağını qürurla qeyd edirlər. Vətən uğrunda qurban verdikləri övladlarına görə fəxr hissi keçirirlər. O yerdəki söhbət vətəndən gedir, övladlarının seçimini məmnunluqla qarşılayıblar. Düzü, onlara təsəlli verməyi düşünərkən, əksini görmək olur. Təsəlli,təskinliyi onların dərdinə şərik olanlara Şəhid anaları vermiş olur. Bu gün də belə olur. Ad gününə gələn qonaqlara şəhid analarının danışmağı yüksək əhval ruhiyyə yratmış olur.

Axund Hacı Ramazan Hüseynovun duası,mərsiyyəsi ilə şəhidin ruhu yad olunur. Şəhidin adının işığına yığışanlar kövrək və duyğulu anlar yaşamış olurlar.

Şəhidin valideyinləri və qardaşı ilə söhbət edərkən onun necə də böyük vətən aşiqi, vətənpərvər azərbaycanlı olduğunu görürünür.Vüsal İsgəndərovun atası Asdan İsgəndərov ilə söhbət zamanı məlum olur ki,  I Qarabağ döyüşlərinin iştirakçısı olub. Döyüşlərdən yaralanandan sonra ayrılmaq məcburiyyətində qalıb.

Dinc həyata qayıdandan sonra ailə həyatı quran Asdan İsgəndərovun iki oğlu olub. Övladının ikisi də orta məktəbə eyni ildə gedib. Eyni sinifdə də oxuyublar.

Vüsal İsgəndərov hərbi xidmətini qurtarıb qayıdandan sonra daim torpaqlarımızın azad olunması haqqında danışırmış. Bildirirmiş ki, şəhid olmağa hazırdı. Təki, vətən yağı düşmənlərin işğalından azad edilmiş olsun.

Tovuz hadisələrindən sonra da ondakı vətənpərvərlik ruhu daha da oyanıb. Həmin günlərdə ordu sıralarına qoşulan minlərlə qeyrətli həmvətənlərimizdən biri də Vüsal İsgəndərov olub.

Sentyabrın 27-də başlayan ölüm-dirim savaşına qoşulan Vüsal İsgəndərov valideyinləri və qardaşı ilə müntəzəm olaraq danışırmış. Anasına həmişə yaxşı olduğunu, düşmənin başını əzmək gününün gəldiyini əzmkarlıqla deyirmiş. Sentyabrın 29- da isə Vüsal döyüşlərin birində, Ağdərə yaxınlığında savaşarkən şəhid olub. Şəhidin gül qoxulu nəşi kənd qəbristanlığında torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə şəhadətindən sonra əsgər  İsgəndərov Vüsal Asdan oğlu “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Media1.az- Musa Muradlı