Müdafiə Nazirliyi: Şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşüb FOTO VİDEO
![](https://media1.az/wp-content/uploads/2021/03/9a79cee940256ca2091beaee19d734f7.jpg)
Əməliyyat-taktiki təlimlərin rəhbərliyi, eləcə də Azərbaycan Ordusunun təlimlərə cəlb edilən şəxsi heyəti və xüsusi texnikası təlim bölgəsinə yola düşüb.
Bu barədə Media1.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Yerdən və havadan müşayiət ediləcək kolonların hərəkət marşrutlarında komendant xidməti təşkil olunub.
Təlimlər martın 18-dək davam edəcək.