Vəhşiliyin təzahürü

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələri Azərbaycanlılara qarşı qırğınlar törətmişdir.
Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində Bakıda 12 min nəfər, Şamaxıda 7 min nəfər, Qubada 2 min nəfər, Göyçay və Ərəş qəzalarında 8 min nəfər, Şərurda və Naxçıvanda 3 min nəfər, Zəngəzurda 7700 nəfər, ümumilikdə 40 minə yaxın Azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüş, Şamaxıda 58, Qubada 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92, ümumilikdə 750-ə yaxın yaşayış yeri dağıdılmış, əhalisi tamamilə yox edilmişdir.
Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Sədərəklilər səhifəsi olaraq 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, soyqırımında həlak olanlara Allahdan rəhmət diləyirik.
Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı