22 Aprel 2025

AĞSTAFA RAYONUNDA VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİNİN DOĞUM GÜNÜNDƏ XATİRƏSİ ANILIB

14 aprel 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, şəhid ailələri və həmçinin rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsi şəhidi Hüseynli Əliheydər Səlahəddin oğlunun doğum günü münasibətilə məzarını ziyarət ediblər, önünə gül dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Şəhidlərimizin ailə üzvlərinin də iştirak etdiyi mərasimdə şəhidimizin ruhuna dualar oxunub.

Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan digər Vətən müharibəsi şəhidlərinin də məzarları ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirələri ehtiramla anılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

ŞəhidlərimizəEhtiramla #ŞəhidlərÖlməz #VətənVarOlsun