Yeni sorğu: Xalqın yarıdan çoxu Paşinyandan razıdır
Ermənilər hələ də ordunu “ən yaxşı dövlət qurumu” hesab edirlər.
Axar.az xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Respublikaçılar İnstitutunun hazırladığı sorğuda yer alıb. Məlumata görə, əhalinin 50%-i ordudan tam razı olduğunu, 23% isə qismən razı olduğunu bildirib. Ondan sonrakı yerdə polis və ombudsman institutu dayanıb. Belə ki, polisdən əhalinin 26%-i tam razı, 37%-i qismən razı, ombudsmandan isə əhalinin 30%-i tam razı, 30%-i qismən razı olduğunu açıqlayıb.
Bu qurumlar nüfuz səviyyəsinə görə əhali arasında baş nazir ofisi və Erməni Apostol Kilsəsini qabaqlayıblar. Belə ki, Paşinyan administrasiyasından ümumilikdə (tam və qismən razılar birgə) 54%, kilsədən isə 52% şəxsin razı qaldığı bildirilib.
Ölkədə əhalini ən az məmnun edən qurumun isə siyasi partiyalar olduğu müəyyənləşib. Əhalinin cəmi 18%-i siyasi partiyaların fəaliyyətindən razı olduqlarını qeyd ediblər.