Xersonda Rusiya ordusuna ciddi zərbə- Hərbi baza məhv edildi

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Rusiyanın şəxsi heyətinin və hərbi texnikasının olduğu bazanı məhv edib.
Media1.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Xəbərdə bildirilir ki, Ukrayna ordusu Xerson uğrunda döyüşlərini davam etdirir. Qeyd edilir ki, Rusiya maddi-texniki təchizat baxımından itkilər verir: “Bu, Rusiya ordusunda ruh düşkünlüyü yaradır”.
Məlumata görə, anbarın vurulması nəticəsində 30 hərbçi və 2 piyada döyüş maşını məhv edilib.