23 Dekabr 2024

Rusiyanın Cenevrə uğursuzluğu

Dünən, İsveçrənin Cenevrə şəhərində keçirilən növbəti yüksək ranqlı Rusiya-ABŞ görüşü, dünya ictimaiyyətinin diqqət mərkəzindəydi.
Ümumiyyətlə Rusiya-ABŞ əlaqələrində Cenevrə görüşləri xüsusi yerə və əhəmiyyətə sahibdir.

Hələ 1985-ci ildə ABŞ prezidenti Reyqan və SSRİ rəhbəri Qorbaçov arasında Cenevrədə keçirilən görüşdən sonra, Soyuq Savaşın sonlandığı elan edilmişdi.

Bu baxımdan, Cenevrə görüşlərini digər görüşlərə nəzərən daha konstruktiv və aqressiv iddialardan kənar keçdiyini düşünmək mümkündür.

Hər iki ölkə arasında qlobal maraqların müzakirəsi və təyinatı üçün keçirilən bu görüşlərə son zamanlar Rusiyanın daha çox meyl etdiyini görürük.

Hər iki tərəf, görüş ərəfəsində gözləntiləri minimuma endirsə də, ABŞ, Moskvanı Ukrayna ilə bağlı gərginliyi azaltmağa çağırmışdı və əvəzində Rusiya “güzəşt etməyəcəyini” bildirmişdi.

SSRİ də Qərblə eyni dildə danışırdı, ancaq sonu yaxşı olmadı” – ABŞ Moskvanı  raketlərlə vura bilər

Təxminən 100 minlik ordusunu Ukrayna sərhəddinə yığan Rusiya işğala hazırlaşmadığını desə də, ordunu geri çəkməsi müqabilində qərbin Ukrayna hökumətinə verdiyi dəstəyi dayandırmasını və NATO-nun şərqə doğru genişlənməsini durdurmasını şərt qoşmaqdadır.
Rəsmi Vaşinqton isə, Moskvanın bu və bənzər tələblərini qeyri-məqbul hesab etməsi, hər iki ölkə arasındakı gərginliyi bir az daha artırmaqdadır.

Keçən həftə, Putinlə telefon danışığında ABŞ prezidenti Bayden Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə, ABŞ və onun Avropalı müttəfiqlərinin Rusiyaya qarşı görünməmiş sanksiyalar tətbiq edəcəyini təkrarlasa da, Putin, bu sanksiyaların əlaqələrin tam pozulmasına səbəb ola biləcəyini söyləmişdi.

6a2b60dc-4b47-4434-b88e-77ba413a4e21.jpg (466 KB)

Sonuncu görüş, ABŞ prezidenti Co Bayden və onun rusiyalı həmkarı Vladimir Putinin ötən ilin iyununda yüksək vasitəçiliklə keçirilən Cenevrə sammitində görüşündən sonra, Cenevrədə keçirilən ABŞ-Rusiya ikitərəfli danışıqlarının üçüncü raundu idi.

ABŞ nümayəndə heyətinə xarici əlaqələr üzrə dövlət katibinin müavini Vendi Şerman, Rusiya tərəfinə isə digər veteran diplomat, xarici işlər nazirinin müavini Sergey Ryabkov başçılıq edirdi.

6e0887c2-b889-4fdb-9e53-f0fe679f7757.jpg (401 KB)

Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisində keçirilən, əsas mövzusu NATO və Ukrayna ilə bağlı olan və 8 saata yaxın sürən toplantıdan çıxan nəticənin, daha doğrusu nəticəsizliyi və qeyri-müəyyənliyi, görüşün həmən ardından hər iki tərəfin birgə yox, ayrı-ayrı mətbuat konfransı keçirməsindən təxmin etmək mümkün idi.

Bu görüşə böyük ümidlərlə gəlmiş Rusiya heyətini, ABŞ-ın sərt və soyuq duruşunun sarsıtdığını, Ryabkovun görüşdən sonra keçirdiyi mətbuat konfransındakı narazı çıxışından hiss olunurdu.

3e6bfe73-b5c5-4dcc-b94f-11e2db50b56a.jpg (178 KB)

Bu nəticəni, Qazaxıstanı işğal etməklə əlini gücləndirdiyini düşünən Putinin Cenevrədəki növbəti diplomatik uğursuzluğu da adlandırmaq mümkündür.

Bununla yanaşı, hər iki tərəfin Strateji Sabitlik Dialoqunun (SSD) bir parçası olduğunu nəzərə alanda, qeyri-müəyyən nəticəyə baxmayaraq Cenevrə danışıqlarının baş tuta bilməsi vacib idi.

Cenevrə görüşü bri daha göstərdi ki, tərəflər arasında qarşılıqlı etimad və birgə fəaliyyət formatı olmadan, böhran qaçınılmazdır.
Əgər qərb hərbi ekspertlərinə görə, Ukrayna sərhədindəki rus qoşunlarının hazırkı sayı genişmiqyaslı işğal üçün kifayət deyil. Amma bu qoşun yığını, Ukrayna hakimiyyətinin ən böyük qorxularından biridir. Rusiyanın sadəcə olaraq Ukraynadan Qərblə üzləşmək üçün tramplin kimi istifadə etməsi fikri də ortaya atılan iddialardandır.

rusiya_ukrayna1.jpg (170 KB)

Rusiyanın Ukraynanı işğal etməsi təbii ki, mümkündür, lakin indiki mərhələdə, sadəcə müəyyən narahatlıqlar səslənir, təhdid mesajları verilir, amma əslində Rusiyanın əsas Ukraynanı işğal etmək yox, qərbdən siyasi və diplomatik müstəvidə müəyyən güzəştlər əldə etmək də ola bilər.

Ukrayna məsələsində qərbin inadkarlığı davam edərsə, tərəflərin yeni nüvə müharibəsi eşiyinə gəlmə ehtimalı çox zəifdir.
İlk öncə strateji nüvə tənliyi artıq ikitərəfli deyil, Çin başda olmaqda digər nüvə ölkələrinin mövqeyi bu məsələdə çox sərtdir.
Eyni zamanda yeni imkanlar və texnologiyalar – kiber və kosmik silahlar, yüksək dəqiqlikli adi silahlar və nüvə qabiliyyətinə malik hipersəs sürüşmə sistemləri və s. strateji sabitlik tələblərini çoxdan aşmış vəziyyətdəir.

37e0fd6b-efb4-41d3-ac40-fc38b78c9217.jpg (136 KB)

Amerika və Rusiyanın fərqli fikirlərinin uzlaşdırılmasında irəliləyiş yavaş olacaq və keçmişdə olduğu kimi çətin danışıqlarla vaxt aparacaq. Lakin sammitin birgə bəyanatında qeyd olunduğu kimi, prezident Ronald Reyqan və Sovet lideri Mixail Qorbaçovun 36 il əvvəl Cenevrədə səsləndirdiyi “nüvə müharibəsi qalib gələ bilməz və heç vaxt aparılmamalıdır” fikirləri hər zaman düstur olmalıdır.

Cenevrə danışıqlarından sonra, Ukraynanın da üzvü olduğu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) çərşənbə günü Brüsseldə, cümə axşamı isə Vyanada Rusiya-NATO görüşü keçiriləcək.

Bu görüşlərdən sonra, Rusiyanın Ukrayna ilə genişmiqyaslı müharibəyə hazırlaşıb-hazırlaşmadığının konturlarını aydın görmüş olacağıq.

Elnur Məcidov, xüsusi olaraq Musavat.com üçün
Paris

259122637_2951934651723195_8388740139122029396_n.jpg (90 KB)

Elnur Məcidli