Müharibə təhlükəsi artır
Dünən Rusiya prezidenti Vladimir Putin Çinə gözlənilən səfəri ərəfəsində göstəriş və sərəncamlar verib. Xarici İşlər Nazirliyinə verilən əmr maraq doğurur: ABŞ-ın rəhbərlik etdiyi NATO-nun əsas ölkələrinin rəhbərliyinə çatdırılsın ki, “təhlükəsizliklə bağlı təkliflərin rədd edilməsinin nəticəsi olaraq Rusiya qoşunları və silahları bu və ya digər şəkildə və tezliklə Belarus, Ukrayna və Moldova respublikalarının Avropa İttifaqı ilə sərhədlərində yerləşdirilməsinə gətirib çıxaracaq”.Yəni, bu o deməkdir ki, Rusiya qoşunları və silahları bu ölkələrin Avropa İttifaqı ilə sərhəddəki ərazilərində yerləşəcək. Mesaj əsas qərarlar qəbul etməzdən əvvəl “savkanı” yüksəltmək cəhdinə bənzəyir.Putinin sözlərinə görə, YouTube-un Rusiyada bloklanması məsələsi Çindən qayıdandan sonra həll olunacaq. Rusiyanın təbliğat kanallarının bloklanmasına görə cavab sanksiyaları kimi YouTube-un Rusiyada bloklanması təşəbbüsü Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev tərəfindən irəli sürülüb və o, bu sanksiya qəbul ediləcəyi təqdirdə effektiv şəkildə həyata keçirməyə hazır olduğunu bildirib.
Putindən başqa bir əmr: xəstəxanalarda yer çatışmazlığı ilə bağlı ciddi problemlər olan bölgələrdə belə, kovid məhdudiyyətləri tətbiq edilməməlidir. Onun ölkədə olmadığı dövrdə əhalinin narazılığı Putinə lazım deyil.
Dünən Amerika KİV-lərində Luqansk Xalq Respublikası və Donetsk Xalq Respublikasında və Rusiya ərazisində guya kimlərinsə Ukraynanın təxribatları nəticəsində qurban getmələri barədə Rusiya rəhbərliyinin planları barədə material dərc edilib. Görünən budur ki, bu şayiələrdən Ukrayna ilə hərbi münaqişəyə başlamaq üçün bəhanə kimi istifadə etmək planlaşdırılır.
Dadaş Əhmədli- Politoloq