Prezident Azərbaycana dəstəyinə görə Ərəb Dövlətləri Liqasına təşəkkür edib
“Biz Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanı daim dəstəklədiklərinə görə Ərəb Dövlətləri Liqasının üzvlərinə çox təşəkkür edirik”.
Musavat.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında söyləyib.
“İşğal dövründə və ərazilər azad olunduqdan sonra bizi dəstəkləyən və Ermənistanın işğalçı siyasətini pisləyən bir sıra qətnamələr qəbul olunub. Biz, həmçinin İslam Əməkdaşlıq Təşkilatının üzvləri arasında həmrəyliyin gücləndirilməsi üzrə fəal işləyirik, bir neçə beynəlxalq tədbir keçirmişik. Pandemiya dövründə biz Ərəb Dövlətləri Liqasının və İslam Əməkdaşlıq Təşkilatı üzvləri də daxil olmaqla, dünyanın 80-dən çox ölkəsinə maliyyə və humanitar yardım göstərmişik. Bilirik ki, böyük potensial var, lakin biz iqtisadi əməkdaşlığın əsas sahələrini müəyyən etməliyik. Siyasi nöqteyi-nəzərdən hər şey aydındır, bizi dostluq münasibətləri bağlayır və mənim sammitdə iştirakım bunu göstərir. Lakin ticarət və iqtisadiyyat sahəsindəki göstəricilər, əlbəttə ki, bizi qane edə bilməz”, – dövlət başçısı deyib: