07 Fevral 2025

Alla Puqaçovanın Kiprdəki malikanəsi yanıb

Hadisə Kiprin Lemosol şəhərində qeydə alınıb.

Media1.az-ın xəbərinə görə, Kiprin Lemosol şəhərində Alla Puqaçovaya məxsus malikanədə yanğın hadisəsi baş verib. Yanğının söndürülməsində iki yanğınsöndürən maşından istifadə olunub. Yanğın 3- dərəcəli səviyyədə qiymətləndirilib. Yanğının baş vermə səbəbləri araşdırılır.

Onu da qeyd edək ki, fövqalədə hadisə zamanı Alla Puqaçova və Maksim Qalkin evdə olublar. Buna baxmayaraq onlardan heç biri xəsarət almayıb.

Media1.az