Dövlət Agentliyinin sədri Bərdədə vətəndaş qəbulu keçirib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Bərdə Rayon Mərkəzi Xəstəxanasında Bərdə və Tərtər rayon sakinlərini qəbul edib.
Media1.az-ın xəbərinə görə, TƏBİB -in İcraçı direktoru Vüqar Qurbanovun da iştirakı ilə keçirilən qəbulda müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.
Musa Muradlı- Media1.az




