07 Fevral 2025

Bərdə bələdiyyəsinin sədri səsvermədə birinci oldu

Bərdə şəhər Bələdiyyəsinə keçirilən seçkidə Əhmədov Ruslan Rauf oğlu birinci olub.

Bərdə şəhər Bələdiyyəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Məhəmmədoğlunun Media1.az-a verdiyi məlumata görə seçkinin birincisi olan Ruslan Əhmədov səsvermə zamanı 6101 səslə ən çox səs alan namizəd olub.

Onu da qeyd edək ki, ötən dövr ərzində Ruslan Əhmədov Bərdə şəhər Bələdiyyəsinin sədri olub.