07 Fevral 2025

Bərdənin Zümürxan Mədəniyyət evi 20 Yanvar günü ilə bağlı tədbir təşkil edib

Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzinin filialı Zümürxan kənd Mədəniyyət Evinin təşkilatçılığı ilə şəhidlər abidəsi önündə tədbir təşkil edilib.

Media1.az-ın xəbərinə görə , tədbirdə kənd sakinləri,şəhid ailələri, Zümürxan kənd tam orta məktəbin müəllim kollektivi iştirak edib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiram duruşu ilə yad edilib.Molla Cahangir Əzimovun avazı ilə şəhidlərin xatirəsinə quran ayələri oxunub.

Sonra mədəniyyət evinin hazırladığı ədəbi – bədii kompozisiya təqdim edilib.

Musa Muradlı- Media1.az