Televiziya jurnalisti Yevlax bələdiyyəsinə namizəd oldu

2011- 2024-cü illərdə EL televiziyasında İctimai-Sosial Proqramlar Departamenti direktoru, xüsusi layihələr üzrə redaktor/teleaparıcı vəzifələrində çalışmış Rasim Əsəd oğlu Zeynalov 29 yanvar 2025-ci il yerli seçkilərindəYevlax şəhər bələdiyyəsi üzvlüyünə namizədliyini irəli sürüb.
Media1.az-ın xəbərinə görə, Rasim Əsəd oğlu Zeynalov 1964-cü ildə Yevlax rayonunda anadan olub. Ali təhsillidir, 1985-ci ildə GDU-nin ( keçmiş KDPİ ) Tarix fakültəsini, 2001-ci ildə Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. 1999-ci ildə Yevlax bələdiyyəsinin məclis üzvü və sədr müavini seçilmiş, 2001- 2005-ci illərdə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan Respublikası nümayəndə heyətinin daimi üzvü olaraq fəaliyyət göstərmişdir.2010-cu ildə “QANUN” nəşriyyatında dərc edilmiş “Azərbaycanda Yerli Özünüidarəetmənin Hüquqi Əsasları” kitabının həmmüəllifidir..
Xarici dillərdən; İngilis və Rus dillərini mükəmməl bilir.
Media1.az