Tramp ABŞ-nin 47-ci prezidenti kimi AND İÇDİ

ABŞ-nin 47-ci prezidenti Donald Tarmp and içərək vəzifəsinin icrasına başlayıb.
Musavat.com xəbər verir ki, tədbir Kapitoli binasında keçirilib.
Trampla yanaşı, Ceyms Devid Vens də vitse-prezident kimi and içib.
Qeyd edək ki, Donald Tramp ilk dəfə 2016-2020-ci illərdə 45-ci Prezident olaraq bu vəzifəni icra edib.