07 Fevral 2025

Bərdə TƏBİB-in kənd xəstəxanalarında labarator xidmətləri olacaq

Kənd həkim məntəqələrində qanalma otaqlarının təşkili və ilkin laborator biliklər mövzusunda təlim keçirilib.

Təlimdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktorun İlkin səhiyyə xidməti üzrə müavini Peyman Bədəlzadə, Laboratoriya şöbəsinin müdiri Aygün Əzəmova və kənd həkim məntəqələrinin əməkdaşları iştirak ediblər.

Təlimin keçirilməsində məqsəd tibb personalının praktiki və nəzəri biliklərinin artırılması olub.Təlim zamanı Aygün Əzəmova çıxış edərək kənd məntəqələrində laborator nümunələr, Laboratoriya şöbəsində olan müayinələr, qanalma otağı, qanalma sərfiyyatı, qan kabinetinin vəzifəsi, tibb bacısına tələblər, xəstənin qəbulu, qeydiyyat, qanalma, daşıma və utilizasiya haqqında ətraflı məlumat verib.

Təlim sual-cavab sessiyası ilə yekunlaşıb.