Azərbaycanın genofondu gənclərdir

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti Azərbaycan Respublikasının inkişafında mühüm rol oynamış strateji istiqamətlərdən biridir. Heydər Əliyev gənclərin cəmiyyətin aparıcı qüvvəsi olduğunu daim vurğulayaraq, onların inkişafı və sosial həyatın müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün əhəmiyyətli addımlar atmışdır.
2 fevral tarixi isə Azərbaycanda “Gənclər Günü” kimi qeyd edilir. Bu günün yaranması bilavasitə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bağlıdır. 1997-ci il fevralın 2-də Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi bu tarixin “Gənclər Günü” kimi təsis edilməsinə səbəb olmuşdur. Azərbaycan MDB ölkələri arasında bu günü ilk dəfə qeyd edən dövlət olmuşdur.
Ulu Öndər xaricdə təhsil alma proqramlarına xüsusi diqqət ayırmış, gənclərin yüksək ixtisaslı mütəxəssislər kimi yetişməsi üçün əlverişli şərait yaratmışdır.
Gənclərin mədəni və idman sahələrində inkişafı məqsədilə geniş tədbirlər və layihələr həyata keçirilmişdir.
Heydər Əliyev gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına xüsusi diqqət yetirmiş, Qarabağ məsələsi və Azərbaycanın ərazi bütövlüyü məsələsində gəncləri fəal olmağa çağırmışdır.
Bu siyasət sonrakı dövrlərdə də davam etdirilmiş və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilmişdir. 2 fevral Gənclər Günü gənclərin dövlət və cəmiyyət üçün əhəmiyyətini vurğulayan vacib bir tarixdir.
Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı