Lavrov infarkt keçirdi : vəziyyəti orta ağırdır

Media1.az-ın “Sroçnıye novosti”- yə istinadən yaydığı xəbərə , Rusiya Xarici İşlər naziri Sergey Lavrov ağır infarkt keçirib.
Bildirildiyinə görə, nazir Sergey Lavrov bir neçə gün əvvəl, faciəli şəkildə dünyasını dəyişmiş qızı Yekatrinanı paytaxtın Vvedenskiye qəbristanlığında dəfn edərkən özünü pis hiss edib. Dərhal xəstəxanaya yerləşdirilən nazirin infark keçirməsi məlum olub. Xəstəxanadan bildirildiyinə görə onun vəziyyəti orta ağırdır.
Saytın məlumatında , habelə o da qeyd olunub ki, Sergey Viktoroviç Lavrovun yeganə qız övladı Yekatrına bir neçə gün əvvəl dostları ilə birgə iştirak etdiyi dini bayram “kreşeniye” ( xaçlama) mərasimində hovuzda boğularaq həyatını itirib. Hadisənin baş vermə səbəbi kimi nəzərdən keçirilən ehtimallardan biri də Lavrov ailəsinə qarşı həyata keçirilən qəsd kimi nəzərdən keçirilir.
Media1.az