07 Fevral 2025

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatına əcnəbi dostlardan təbrik gəlib

2 Fevral – Gənclər Günü münasibətilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının ünvanına gələn təbriklərdən ibarət viderolik hazırlanıb.

Yeni Azərbaycan Partiyası İH -nin üzvü , Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli Media1.az-a bildirib ki, təşkilat geniş beynəlxalq əlaqələrə malikdir. Bunun da sayəsində çoxlu sayda dostlar qazanıb. Bu günkü əlamətdar Gənclər Günü münasibətilə həmin dostlardan da təbriklər gəlib.

Asif Əsgərli habelə vurğulayıb ki, belə bir fəaliyyətin nəticəsində mütəmadi olaraq beynəlxalq səviyyədə ölkəmizin təbliğatı layiqincə aparılır.