07 Fevral 2025

Bərdə Mədəniyyət Mərkəzində ” Konstitusiya və suverenlik ili” nə həsr edilmiş tədbir təşkil edilib

Fevralın 1- də Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Konstitusiya və suverenlik ili” nə həsr edilmiş tədbir təşkil edilib.

Media 1.az-ın xəbərinə görə, tədbirdə Bərdə Regional Ədliyyə İdarəsi, Bərdə “ASAN” xidmətin əməkdaşları, çox saylı mədəniyyət işçisi, habelə media və QHT – fəalları iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi ehtiram duruşu ilə yad edilib.

Natiqlər çıxış edərək Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq elan edilmiş ” Konstitusiya və Suverenlik ili” haqqında danışmışlar. Konstitusiyanın yaranması , onun demokratikliyi, beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq yüksək sənəd olmasını bildirmişlər.

Media1.az- Musa Muradlı