05 Fevral 2025

İstanbulda terror törədən kişi Suriyada məhv edilib – FOTO

İstanbuldakı Taksim meydanında törədilən terror aktının təşkilatçısı Halil Menc Suriyanın Qamışlı şəhərində zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Milli Kəşfiyyat İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, Halil Menc PKK/YPG terror təşkilatının üzvü olub.

Xatırladaq ki, 2022-ci ilin noyabrın 13-də İstanbul şəhərinin Taksim meydanında törədilmiş terror aktı nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Mənbə: NTV