23 Dekabr 2024

Azərbaycan tarixinin 3 sentyabr səhifəsi qurtuluşa gedən yolun başlanğıcıdır

Azərbaycanın tarixi zəngin keçmişə söykənir. Tarix səhnəsində əzəmətli Azərbaycan dövlətlərinin mövcudluğunu görürük. Şimalda Dərbənd, cənubda fars körfəzinə qədər böyük coğrafiyanı əhatə edən Atəbəylər, Səfəvilər dövlətlərinin quruculrı babalarımız olduğundan tarixə baxıb qürur hissi keçirmək , bəlkə də bizim xoşbəxtliyimizdir.

Zaman keçdikcə tarixi şəraitin yeni reallıqlar yaratması da dünyanın dəyişməsini labüd edir. İmperiyalar dağılır, dövlətlər süqut edir. Xoşbəxt o xalqlardı ki, onun böyük ağıla , müdrik siyasət yürütməyə qadir şəxsiyyətləri olur. Çətin döyüşlərdən keçərək xalqının azadlığını təmin edir, süverenliyini saxlayır. Bir sözlə yadellilərin mənfur siyasətinə sinə gərməklə dövlətçiliyini qoruyub saxlamağı bacarır. Necə ki, dünyada bu gün minlərlə xalq olsa da onlardan yalnız 200-nün dövləti var. Bu 200 dövlətin içərisində bayrağı dalğalanan xalqlardan da biri bizik. Bu dağlğalanan bayrağı görmək heç şübhəsiz ki, bizim xoşbəxtliyimizdir.

XX əsrin əvvəllərində babalarımızın qaldırdğı bayrağı yenməyə qoymayan, yenidən ənginliklərdə dalğalandıran ümummilli liderimiz Heydər Əliyev oldu. Heydər Əliyev şəxsiyyəti fenomenallığı ilə bir çox siyasətçilərin ayrı-ayrılıqda gördüyü işi tək başına özü həyata keçirmiş oldu. Amerikada konstitusiyanı Ceferson yazmışdısa, Corc Vaşinqton dövlətin müstəqilliyini təmin etmişdisə, Linkoln vətəndaş müharibəsinə son qoymuşdusa Heydər Əliyev bu işləri təkbaşına görmüşdür. Azərbaycan Respublikasının konstitusiyasının müəllifi olmuş, 1993-cü ilin çətin günlərindən dövləti xilas etmiş, Surət Hüseynov- AXC qarşıdurmasının vətəndaş mharibəsinə çevrilməsinin qarşısını almışdır.

Bütün bu kimi xilaskarlıq missiyasının başlanğıcı 3 sentyabr 1991-ci ildə Heydər Əliyevin Naxçıvan MR Ali Sovetinin sədri seçildiyi gündən başlayır. Heydər Əliyevin Azərbaycan tarixində müstəsna rolunu qiymətləndirmək üçün onun uzun illər Azərbaycanın siyasi hakimiyyətinə rəhbərlik etdiyi dövrə nəzər yetirmək kifayətdir. Uzun illər Azərbaycan Kommunist Partiyası  Mərkəzi Komitəsinə rəhbərlik etdiyi dövrdə uzaq görən tarixi şəxsiyyət müstəqilliyimiz üçün zəmin yaratmışdı. Azərbaycanın iqtisadiyyatı gücləndirilmiş, iri sənaye müəssisləri yaradılmışdır. Ən əsası da Cəmşid Naxçıvanski adına hərbi məktəbin əsası qoyulmaqla ordu quruculuğuna başlanılmışdır.

Ümummilli liderin syasətə gəlişi də xalqın ən ağır günlərinə təsadüf edir. Bununla da böyük şəxsiyyətimiz həyatını ölümlə üz-üzə qoymaqla xalqına sonsuz sevgisin ortaya qoydu. 1990-cı ilin 20 yanvar hadisələrindən dərhal sonra Moskvadakı mənzilindən Azərbaycan nümayəndəliyinə gələrək xalqımızın haqsızlığa uğradığını,günahsız qurbanlar verdiyini dünyaya car çəkərək qanlı imperiyanı ifşa etdi.

Bununula da Azərbaycan tarixində yeni şərəfli dövr başladı. Ümummilli lider xalqımızın xilaskarı kimi Azərbaycana qayıtdı. Bakıda onun yaşamasına, fəaliyyət göstərməsinə maneələr yaradıldığı üçün öz ata yurdu Naxçıvan MR-na yollandı. Sonsuz məhəbbətlə Naxçıvanda qarşılanmaq, qurbanlar kəsilməsi dahi şəxsiyyəti bir az da mübarizəyə ruhlandırdı. Naxçıvan Azərbaycanın milli azadlıq mübarizəsində önəmli rol oynamağa başladı. Azərbaycan SSR, Naxçıvan MR SSR Ali Sovetlərinə keçirilən seçkilərdə naxçıvanlılar qətiyyətlə sözlərini dedilər. Hər iki seçkili orqanlara layiq bildikləri namizədləri seçə bildilər. Seçkilərin nəticəsinə uyğun olaraq 1991-ci ilin 3 sentyabr seçkilərində Naxçıvan MR SSR Ali Sovetinin sədri Heydər Əliyev seçildi.

Azadlıq və müstəqilliyin yolunda ilk qətiyyətli addımlar atıldı. Birinci addım olaraq Naxşıvan MR SSR adından SSR sözünün çıxarılması idi ki, bu da o zamankı imperiyaya meydan oxumaq idi. Ardınca üç rəngli Azərbaycan bayrağını Ali Sovetin iclas zalına gətirilməsi və dövlət bayrağı kimi qəbul olunması Heydər Əliyev cəsarətinin bir daha nümayiş etdirilməsi demək idi.

Beləliklə , Azərbaycanı bu günlərə gətirən şanlı və şərəfli yolun başlanğıcı həmin gün, 3 sentyabrda qoyulmuş oldu. Ümummilli liderimiz Heydər Əliyevin həmin gün Naxçıvan MR Ali Sovetinin sədri seçilməsi ilə xalqımızın arzuları reallığa çevrildi.

Aytən Məmmədli- YAP Ağstafa RT-nın məsləhətçisi