Türkiyə və Azərbaycan birliyi
Azərbaycan və Türkiyə prezidentləri oktyabrın 20-də Cəbrayıl şəhərində mətbuata birgə bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev çıxış edərək bildirdi ki, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Zəngilan Hava Limanının açılışını qeyd etdik.
Bu günkü gün Qarabağ və Şərqi Zəngəzur Şəhərinin işğaldan azad olunmasının ikinci ildönümüdür. Düz iki il bundan əvvəl erməni işğalına son qoyuldu. Azərbaycan Ordusu Zəngilan Şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır. Alınmaz qala sayılan Şuşa noyabrın 8-də erməni işğalından azad edilmişdir. Azərbaycan Bayrağı qaldırılmış və ondan sonra Ermənistan təslim oldu.
Cənab Prezident bildirmişdir ki, bütün bu şanlı tarix bizim müştərək tarixmizdir. Çünki ikinci Qarabağ savaşının ilk saatlarından əziz qardaşım, Türkiyə Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil,Türkiyə Azərbaycanın yanındadır.Bu siyasi və mənəvi dəstək savaşın son günlərinə qədər davam edirdi. Türkiyə Azərbaycan birliyi bir daha Zəfər çaldı. Bu gün biz bərpa edilən Qarabağda və Zəngəzur da yenədə Türkiyə-Azərbaycan birliyini görürük. Bu gün rəsmi mərasimimiz Cəbrayıl şəhərində keçirildi.
Türkiyə və Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir.İkinci Qarabağ müharibəsi və müharibədən sonrakı dövr bu birliyi daha da gücləndirdi. Bu gün Azərbaycan və Türkiyə bayraqları hər yerdə bir dalğalanır və dalğalanacaq.
Emilya Rəhimova
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı