Şirin və məlahətli səsə malik xanəndə Əli indi şeriyyata vurğun olub
Onu elində hamılıqla seviblər. Səsinin zənguləsinə, zilinə, bəminə vurulublar. Xüsusilə Zəminxarəsinə valeh olublar.
Söhbət Bərdənin Mustafaağalı kəndindən olan xanəndə Əli Məmmədovdan gedir. O xanəndədən ki, uzun illər boyəhmədlilərin, bərdəlilərin məclislərinə ilham verib. Hətta rayonundan qıraqda, Qarabağ elində məclislərə çağırıb, onu dinləyiblər. Xoş və məlahətli səsindən zövq alıblar. Xanəndə Əli yaşlanmamış könül verdiyi səsini bacısıoğlu Qaryağdıya əmanət edəndən sonra oxumağı dayandırıb.
Bu gün xanəndənin səsi Qaryağdının nəfəsində yaşamağındadır. Bərdəlilər o səsi yenə də eşidə bilirlər. Ancaq xanəndə Əlinin ifasında yox, Qaryağdının səsində dinləyirlər.
Xanəndə Əlimiz isə bu gün könlünü şeriyyata verib. Narahat dünyamızda düşüncələrini, qəlbindən keçənləri misralara düzür. 44 günlük müharibədə yaşananlarda bu misralardan yan keçməyib.
Qələbəmizi tərənnüm edib, Ali Baş Komandanımıza, ordumuza yaraşan qəhrəmanlığı öyüb. Mənfur düşməni də olduğu kimi təsvir edib. Şerlərilə düşmənə mesajlar göndərib ki, farağat dayanın yerinizdə. Yoxsa bundan da betərin göstərərik Sizə, ey erməni qəbiləsi!
Xanəndə Əli Məmmədov yazır:
Şanlı ordum
Şanlı ordum hücum çəkir gündə neçə dağ aşır,
Qələbənin əzmi ilə gecə-gündüz savaşır,
Kəşfiyyatı çəkinmədən Şuşa ,Laçın dolaşır,
Cilovlamaq mümkün deyil coşub damarda qanı,
Düşmən məcbur elədi bu savaşa İlhamı!
Cəsarət göstərdi bizə bəlli şanlı ordumuz,
Siz gənclərin sayəsində azad olur yurdumuz,
Düşmən bizə hücum etdi təpəsindən vurdunuz,
Ayaq altda tapdaq olur onların murdar qanı,
Ordumuzun bu savaşı məmnun edir, İlhamı!
Seyid Əli dözə bilmir belə haqsız işlərə,
Gecə gündüz lənət deyir saqqallı keşişlərə,
Tanrının qəzəbinə kaş özləri tuş gələ,
Yer üzündən silinəydi onların adı, sanı
Bütün müsəlman dünyası təbrik edə İlhamı!
Heydər oğlu İlhamı
Zəfərlərin qoy bol olsun, ucal xalqın gözündə,
Bu qələbə səninkidir, möhkəm dayan sözündə,
Üç rəngli bayrağımı yüksəlt Cıdır düzündə,
Gəl fürsəti vermə əldən yetib qisas zamanı
Yağı düşmən gözün açıb, qoy tanısın İlhamı!
Düşmən sənə yalan satdı, sözü doğru olmadı,
O ATƏT, BMT-dən bircə sorğu olmadı,
Bir kimsədən çəkinmədi , onda qorxu olmadı,
Dəmir yumruq kara gəlsin çıxsın düşmənin canı,
Özlərini dərk eyləyib, tanısınlar İlhamı!
Masalarda əyləşəndə şərt qoyurdu qarşına,
Böyük kiçik tapılmırdı ağıl qoysun başına ,
Zəli kimi yapışmışdır torpağına daşına,
Ağıl onu çaşdırmışdır unudurdu bu anı,
Neçə ildir eşitmirdi Heydər oğlu İlhamı!
Paşinyan ayılmadı daş dəyməmiş başına,
Şanlı ordu canın aldı zəhər qatdı aşına,
Bir acıyan tapılmadı gözlərinin yaşına,
Zəng etməkdən bezdiribdir bütün düzü -dünyanı,
Yeni-yeni dərk eyləyib başa düşür İlhamı!
Tez unutdu babası yumru dırnaq ulağı,
Əlimizdə kül qabı idi Andranikin qulağı,
Nəvələri bulandırdı sər çeşmə bulağı,
Haqq Ədalət yaddan çıxdı, insanlıq de hanı,
Bu savaşda məcbur etdi qan tökməyə İlhamı!