SADİQ QURBANOV GƏNCƏRİN DOSTU OLDU
Qanunvericilik fəaliyyətindəki fəaliyyətinə, gənclərlə uğurlu əməkdaşlığına, vətənpərvərliyin təbliği və ictimai-siyasi fəallığına görə “Gənclərin Dostu” Mükafatına layiq görülən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Azərbaycan Gənclər Mərkəzi İctimai Birliyinin nümayəndələri ilə görüşmüşdür. Görüşdə gənclərin ictimai-siyasi fəaliyyətindən, onların təşəbbüskarlıq və bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılmışdır. Gənclər Mərkəzinin nümayəndələri Sadiq Qurbanova onun layiq görüldüyü Mükafatı təqdim etmişlər.
Media1.az