Şabranda şəhid ailələrinə qayğı aksiyası davam edir
Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatında Novruz bayramı ilə əlaqədar şəhid ailələrinə qayğı aksiyası davam edir.
YAP Şabran rayon təşkilatının məsləhətçisi Gülər Kərimova və YAP fəalları Novruz bayramı münasibətilə Şabran rayon Rəhimli kəndindən olan şəhid Rəsulov Mirbala Əmiağa oğlu, Həmzəyev Musa Xalid oğlu, Quliyev Daşqın Nəciməddin oğlu və Şabran rayon Borbor kəndindən olan Şahbazlı Əlikramın, və Şabran rayon Çayqaraqaşlı və Çölquşçu kəndindən olan Hikmət Quliyev və Beyrək Aydəmirovun ailələrini ziyarət ediblər.
Görüşdə şəhidlərimizin əziz xatirəsi yad edilib, şəhidlərimiz barəsində xoş təəsüratlar danışılaraq, torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimizin hünərinin hər birimizə örnək olması və hər bir Azərbaycan vətəndaşının öz qəhrəmanlarını tanımalı olduğu bildirilib.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Media1.az